1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Həbsdən çıxan futbolçu "Zaqatala"ya qələbə qazandırdı
Azərbaycan I Divizionunda XVIII tura yekun vurulub. Sportnet.az xəbər verir ki, lider "Qaradağ Lökbatan" növbəti məğlubiyyətlə üzləşib.
Bu klub səfərdə "Ağsu"ya minimal hesabla uduzub. İkinci pillədəki "Şüvəlan" "Xəzər"lə, üçüncü yerdə gedən MOİK isə "Binə ilə qarşılaşmadan heç-heçə ilə ayrılıb. "Turan Tovuz" isə ilk dövrədə olduğu kimi, yenə "Zaqatala"ya uduzub. Yeganə qolu isə kabel oğurluğuna görə bir müddət əvvəl həbs olunmuş Nicat Muxtarov vurub. Muxtarov 6-cı dəqiqədə fərqlənib.
"Mil-Muğan” - "Sabah” - 1:1
Qollar: Elxan Məmmədov, 58 - Raul Yaqubzadə, 6
MOİK - "Binə” - 1:1
Qollar: Bahadur Həziyev, 88 - Renat Aşurov, 76
"Ağsu” - "Qaradağ Lökbatan” - 1:0
Qol: Ramil Əliyev, 89
"Turan Tovuz” - "Zaqatala” - 0:1
Qol: Nicat Muxtarov, 6
"Xəzər” - "Şüvəlan” - 0:0
Qeyd edək ki, Nicat Muxtarov "Sumqayıt" komandasında çıxış etdiyi vaxt - sentyabrın 9-da və 15-də yerli telekommunikasiya qovşağına məxsus ümumilikdə 695 metr hava rabitə kabelinin kəsilərək oğurlamaqda şübhəli bilinən mütəşəkkil qrupun tərkibində tutulub. O, bir müddət həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.