"Bu gün baxımlı oyun olmadı. Azərkeşlərdən də üzr istəyirəm."
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Pedro Enrike Topaz Premyer Liqasının XX turunda səfərdə "Neftçi" ilə oyundan sonra jurnalistlərə açıqlamasında söyləyib:
O, bu qarşılaşmada baxımlı oyun sərgiləyə bilmədiklərini deyib: "Hər zaman yaxşı oyun oynamaq alınmır. Bir az ağırlıq hiss edirdim. Bir xalı da yaxşı nəticə hesab etmək olar".
Enrike komanda yoldaşlarında arxayınçılıq olmadığını sözlərinə əlavə edib: "Komanda öz oyununu göstərmək istəyir. "Qəbələ” son oyunlarda bir neçə dəfə xallar itirib. Bizim də qələbə qazandığımız oyunlar olub. Komanda yoldaşlarım da bu haqda fikirləşmir. "Qəbələ”nin xal itkisi ilə bağlı bizdə arxayınçılıq yoxdur. Bu gün oynamaq çətin idi. Hava şəraiti də mane oldu. "Neftçi" də bizə çətinliklər yaratdı".