1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yevgeni Koçuk: "Zirə" heç-heçədən məmnun qalmalıdır."
"Yaxşı oyun alındı. Öncə konsentrasiyanı itirmişdik. Ümumiyyətlə biz pis oynamadıq. Düşünürəm ki, "Zirə" heç-heçədən məmnun qalmalıdır."
Bunu Sportnet.az-a açıqlamasında "Səbail"in moldovalı futbolçusu Yevgeni Koçuk Topaz Premyer Liqasının XX turunda səfərdə "Zirə" ilə 1:1 heç-heçə etdikləri oyundan sonra söyləyib. O, komandanın baş məşqçisi Samir Əliyevin fasilədə onlara kömək etdiyini deyib:
"Samir müəllim birinci hissədə necə oynadıqsa, o cür də davam etməyimizi tapşırdı. Hesaba baxmadan oynamağımızı və bizim yaxşı oyun sərgiləyəcəyimizi dedi. Komandaya ruh yüksəkliyi verdi. Biz isə nəticədə bərabərlik qolunu vura bildik. Fikirləşirəm ki, bu oyunda iki xal itirdik. Buraxılan qolda səhvə yol verdik. Biz təsadüfən qapımızda qol gördük. Qol imkanlarımız da oldu. Bu şanslardan yararlana bilmədik."
25 yaşlı futbolçu son olaraq komandaya uyğunlaşdığını qeyd edib:
"Artıq komanda ilə birgə çox oyunda iştirak etmişəm. "Səbail"ə tam olaraq uyğunlaşmışam. Hər şey əladır."