1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Sadıq Sadıqov: "Kamran Quliyevə məsləhət verə bilmərəm"
"İdman təşkilatının rəhbəri olaraq nəinki futbolu, bütün idman yarışlarını izləyirik. "Neftçi” klubu da yüksəlişdədir.
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi” klubunun sabiq prezidenti və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov jurnalistlərə açıqlamasında söyləyib:
"Neftçi”yə yeni prezident təyin olunub. Azərbaycan futbolunda tanınmış şəxslərdən biridir. Kamran Quliyev "Sumqayıt” klubunun da prezidenti olub. Komandaya Tərlan Əhmədov başçılıq edir. Bizim də vaxtımızda o, məşqçi köməkçisi idi. İnanırıq ki, "Neftçi” uğurlarını davam etdirəcək. Mən də demişdim ki, bu komandaya biraz vaxt lazımdır. O vaxt artıq yetişib. Komanda Avropa Liqasına düşmək üçün öz sözünü deyəcəkdir.
Sabiq prezident Kamran Quliyevə heç bir məsləhət vermək istəmədiyini sözlərinə əlavə edib:
"Mən Kamran Quliyevə məsləhət verə bilmərəm. O, öz işini məndən də yaxşı bilir. Hansısa klub prezidentinə məsləhət vermək bizlik deyil. Biz ona arzularımızı çatdıra bilərik. Arzu edirik ki, "Neftçi” bir daha Avropa Liqasının qrup mərhələsində oynasın. "Neftçi” azarkeşləri və bütün xalqımızı sevindirsin. "Neftçi”nin "Qarabağ”la oyununu izlədim. Çox xoşuma gəldi.
Sadıqov son olaraq Böyükağa Hacıyevin durumu ilə maraqlandığını deyib:
"Böyükağa müəllimlə maraqlanmamaq olarmı? Onun vəziyyəti yaxşı deyil. Ağırdır. O xəstəlik uzun müddət müalicəyə ehtiyacı olan bir xəstəlikdir. Biz ona şəfa diləyirik. Böyükağa müəllimin ailəsi ilə, oğlu ilə əlaqə saxlayırıq. Onlarla çox yaxın münasibətimiz var. Ona uzun ömür can sağlığı arzulayaq.”