1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yani Urdinov: "Karyeramda heç vaxt belə şey görməmişəm" - MÜSAHİBƏ
"Zirə" klubunun makedoniyalı futbolçusu Yani Urdinov Topaz Premyer Liqasının XX turunda evdə "Səbail"lə 1:1 hesabı ilə heç-heçədən sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az-ın məlumatına görə, müdafiəçi öncə oyun haqda danışıb:
- Komandamız oyuna çox yaxşı başladı. Erkən qola imza atdıq. Təassüflər olsun ki, sonradan yaranan qol epizodlarından istifadə edə bilmədik. Futbolda da bəzi yazılmamış qanunlar var. Həmin şanslardan istifadə etmirsənsə, qapında qol görürsən. İkinci qolu vura bilmədik. Ona görə də belə bir nəticə alındı.
- Komanda 6 oyundur qələbə qazana bilmir. Bunu bir nüansa bağlamaq olmaz. Komandanın ümumi problem nədən ibarətdir? Komanda ilə birgə qələbə hissin yaşamamısan…
- Bu barədə nəsə deməyim düz olmaz. Səbəblərlə bağlı heç nə deyə bilmərəm. Hər kəs şahidi oldu. Biz birinci hissədə yaxşı oynadıq. Qol imkanlarımız da oldu. Sonra isə rəqib tərəfindən vurulan qolun qurbanı olduq.
- Milli komandaların oyunları ilə bağlı yaranan fasilə komandaya fayda verəcəkmi?
- Ümumiyyətlə belə bir fasiləyə ehtiyacımız var idi. Düşünürəm ki, fasilədən sonra çiyin-çiyinə çalışıb gələcəyə doğru baxacağıq. Mənim fikrimcə, III yeri əldən verməmək imkanlarımız var. Bu isə bizim öz əlimizdədir. Gələcəkdə hər şey yaxşı olacaq. Bəzən daha çox qələbəyə kökləndiyimiz üçün bu əks təsir verə bilər. Bu oyunda da belə oldu. Qələbəyə köklənmək əks təsir göstərdi. Bu oyunda da istədiyimiz nəticəni əldə edə bilmədik. Bütün komanda yoldaşlarım qələbə haqda düşünürdü.
- Komandaya tam uyğunlaşmısan?
- Karyeramda heç vaxt belə bir şey görməmişəm. Bu cür qol epizodlarından faydalana bilmədik. Görmədiyim şeyləri burda gördüm. Bir neçə oyunu nəzərdə tutub bunu deyirəm. Uyğunlaşmağa gəlincə, düşünürəm ki, bu barədə heç bir problem yaşamadım. Meydanda da görürsünüz. Bu mənim normal oyunumdur.
- Azərbaycan Premyer Liqasındakı rəqiblər gözlədiyin qədər güclüdür? Çempionatdakı rəqibləri necə dəyərləndirərdin?
- Azərbaycana gələnə qədər bir çox liqalarda çıxış etmişəm. Hər bir çempionatın özünəməxsus xüsusiyyətləri var. Bu çempionatda ilk qolu hansı komanda vursa üstünlük həmin komandanın tərəfinə keçir. Qolu buraxdıqsa, rəqib necə müdafiə olunmağı yaxşı bilir. Futbolçular zədələnəndə vaxt uzatmağı çox yaxşı bacarır.
- Bir neçə çempionatda oynadığını qeyd etdin. Süni ot örtüyündə oynamaq sənin üçün problem yaratmır?- Azərbaycandan öncə son olaraq Çexiyada oynamışam. Orda isə hava şəraitinin soyuq olmasından asılı olaraq ot örtükləri süni idi. Belə stadionlarda oynamaq mənim üçün problem deyil.