1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Böyükağa Hacıyev vəfat etdi
AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev vəfat edib.
Bu barədə Sportnet.az-a onun oğlu Yusif Hacıyev məlumat verib. O, deyib ki, atasını evə apardıqlarını deyib.
"Baku Medical Plaza”dan isə Sportnet.az-a bildirilib ki, 59 yaşlı mütəxəssis hazırda can verir: "Yaxınları süni nəfəs aparatından ayrılan B.Hacıyevi evə aparmaq istəyirlər. Onun həyatda qalmaq ehtimalı çox azdır".
Qeyd edək ki, B.Hacıyev bu il fevralın 8-də infarkt keçirib. Onun ürəyinə Mərkəzi Klinik Xəstəxanada iki stend qoyulmuşdu.
Xatırladaq ki, 20 aprel 1959-cu ildə Naxçıvanda anadan olan Böyükağa Hacıyev 2006-cı ildə "Bakı" klubuna Azərbaycan çempionluğu, 2012-2013 və 2013-2014 mövsümlərində "Neftçi"yə Azərbaycan çempionluğu və ölkə kubokunu qazandırıb. Bundan başqa, Hacıyev tarixdə ilk dəfə "Neftçi"ni 2012-2013 mövsümündə Avropa Liqasının qrup mərhələsinə çıxarıb.