Şəkidə qız futbolçunun özünü güllələməsinin təfərrüatı məlum olub.
Sportnet.az-ın aznews.az-a istinadən məlumatına görə, Şorsu kənd sakinləri Firəngiz Qalib qızı Əzizovanın ailəsi tərəfindən oyuna buraxılmaması səbəbindən özünü öldürmək istədiyini bildirib.
"Firəngiz hansısa idman komandasının üzvüdür. Yarış keçirilirmiş. Onu evdən yarışa buraxmayıblar. Ailəsi buna imkan verməyib. Qız da buna görə özünü öldürmək istəyib” deyən sakinlər qeyd edib ki, hazırda Firəngizin səhhəti orta-ağırdır: "Reanimasiyadadır. Əməliyyat olunub, dalağını da kəsiblər. Hər hansı həyati təhlükəsi yoxdur”.
Qeyd edək ki, Şəkidə 11-ci sinif şagirdi özünü gülələyib. Şorsu kənd sakini, 2001-ci il təvəllüdlü Firəngiz Qalib qızı Əzizova intihar məqsədi ilə özünü atasına məxsus ov tüfəngi ilə vurub. O, güllə yarası xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.