1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
MOİK-ə texniki məğlubiyyətin səbəbkarı bilindi
Azərbaycan I Divizionunda çıxış edən MOİK komandası cəzalandırılıb.
Sportnet.az-ın məlumatına görə, bununla bağlı AFFA İntizam Komitəsi qərar qəbul edib. Səbəb "Binə" ilə XVIII tur matçında "hərbçilər"in heyətində cəzalı futbolçunun çıxış etməsidir. Həmin futbolçu Bəhruz Teymurovdur. Teymurov XVII turda "Sabah"la səfər oyununda 4-cü sarı vərəqə alaraq, cəzalı duruma düşsə də, "Binə" ilə növbəti qarşılaşmada 90 dəqiqə çıxış edib. Oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib.
Lakin İntizam Komitəsi bu nəticəni ləğv edib və MOİK-ə 0:3 hesablı texniki məğlubiyyət verib. Klub isə 400 manat cərimələnib.
Bu qərardan sonra xalları 29-a enən MOİK 4-cü pilləyə düşüb.