Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov toplanışa cəlb etdiyi futbolçulardan 2-nin adını Belarusla yoldaşlıq görüşünün iştirak ərizəsinə daxil etməyib.
Sportnet.az-ın məlumatına görə, bunlar Kiprin "Anartosis" klubunda çıxış edən Araz Abdullayevlə "Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadədir.
Start heyətində "Qarabağ"ın 3, "Sumqayıt" və "Neftçi"nin hərəyə 2, "Qəbələ", "Keşlə" və "Kəpəz"in, eləcə də Ukrayna "Aleksandriya"sının 1 futbolçusu yer alıb. Kapitan sarğısı isə Kamran Ağayevə həvalə olunub.