1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bu, Azərbaycanla oyuna böyük hazırlıq idi"
"Biz həqiqətən də komandanın oyunundan razıyıq. Yoxlama oyununda bir neçə qol vura bildik".
Sportnet.az-ın məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət İrlandiya yığmasının baş məşqçisi Noel Kinq yoxlama oyununda İslandiyanı 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra söyləyib. O, heyətlərinin güclü, dərin tərkibdə komanda olduqlarını qeyd edib:
"İkinci hissədə rəqib daha çox üstümüzə gəlirdi. Amma biz qələbəyə layiq idik. Bu matç çərşənbə axşamı Azərbaycanla keçirəcəyimiz oyun üçün böyük hazırlıq idi. Azərbaycanla görüşdə də qələbə qazanmaq üçün yaxşı oyun sərgiləməliyik".
Qeyd edək ki, İrlandiya – Azərbaycan qarşılaşması martın 27-si Dublində Tallaght stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.