2 günlük istirahəti başa vuran "Sumqayıt” FK hazırlıq proseslərini bərpa edib.
Sportnet.az-ın məlumatəna görə, komanda bu gün saat 16:00-da "Kapital Bank Arena”da Samir Abasovun rəhbərliyi altında məşqə çıxıb.
Cavid İmamverdiyev, Amil Yunanov, Rəşad Eyyubov və Tural Axundov əsas, Ülvü İsgəndərov, Bəhlul Mustafazadə və Ehtiram Şahverdiyev isə U-21 millinin toplanışında olduğundan məşqdə iştirak etməyiblər.
Əvəzedici heyətdən isə bir neçə futbolçu hazırlıq prosesinə cəlb olunub. 1.5 saat davam edən məşqdə əsasən toplu çalışmalara üstünlük verilib.
Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt” qarşılaşması 2 aprel tarixində Qəbələ Şəhər stadionunda keçiriləcək.