Kipr çempionatında XXX turun görüşləri keçirilib.
Sportnet.az-ın məlumatına görə, ilk "6-lığ"ın mübarizəsində "Anortosis" səfərdə "Omoniya" ilə üz-üzə gəlib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin futbolçusu Araz Abdullayev 81-ci dəqiqədən sonra oyunda olub.
Qeyd edək ki, bu qələbə sayəsində "Anortosis" 63 xalla 3-cü pillədə qalıb.







































































