1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Videotəkrar sistemi zövq olmadan seksə bənzəyir" - VİDEO
Futbol üzrə Fransa milli komandasının heyətində 1998-ci ildə dünya çempionu olmuş Biksant Lizarazyu Fransa Liqa Kubokunun final matçında keçirilən PSJ - "Monako" (3:0) oyununda videotəkrardan istifadəsi haqqında öz fikirlərini söyləyib.
Sportnet.az-ın məlumatına görə, o, maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb:
"Videotəkrar sistemi zövq olmadan seksə bənzəyir. Əsas məqamda sizə dayanmaq tapşırılır. Bu stadionda belə hiss edildi. Falkaonun qolundan sonra azarkeşlər sevindilər, onlar xoşbəxtdirlər. Qol vurulan an hər şeyi dayandırmaq lazım idi. Bu dəhşətdir. Yalnız məyusluq doğurur. Fanatlar heç nədə iştirak etmirlər. Futbolsevərlər bu şounun bir hissəsi olmaq istəyir, amma biz onu bu imkanlardan məhrum edirik. Videotəkrardan düzgün istifadə etmək lazımdır."