
"Qəbələ” İdman klubu III Qəbələ kubokunun startına hazırlaşır. Sportnet.az-ın məlumatına görə. klubun təşkilatçılığı ilə Qəbələdə 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında sayca III beynəlxalq turnir mayın 29-da start götürəcək.
Bu turnir ölkəmizdə aşağı yaş qrupları üzrə klublar arasında keçirilən ilk beynəlxalq futbol yarışı kimi tarixə düşüb. Bu il də Avropanın məşhur komandaları Azərbaycana gəlib. "Liverpul” (İngiltərə), "Fənərbağça” (Türkiyə), "Anderlext” (Belçika), "Rapid” (Avstriya), "Lokomotiv” (Rusiya), "Udineze” (İtaliya) komandalarının iştirakı ilə keçiriləcək budəfəki turnirdə Azərbaycan "Neftçi” və "Qəbələ” ilə təmsil olunacaq.
İyunun 1-dək davam edəcək Qəbələ Kubokunda komandalar ilkin mərhələdə qruplarda mübarizə aparacaqlar. A qrupunda "Qəbələ”, "Fənərbağça”, "Udineze” və "Liverpul”, B qrupunda isə "Neftçi”, "Anderlext”, "Rapid” və "Lokomotiv” münasibətlərinə aydınlıq gətirəcəklər. Qrup oyunları mayın 29-u və 30-u, yarımfinal qarşılaşmaları və final isə iyunun 1-i keçiriləcək.