Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət yığma komandasının may ayı üçün hazırlıq proqramı müəyyənləşib.
Sportnet. AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mayın 16-da Bakıda Yunanıstanın müvafiq yaş qrupuna aid yığma komandası ilə yoldaşlıq görüşü keçirəcək yığma ayın sonunadək daha iki qarşılaşmada qüvvəsini sınayacaq.
Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv mayın 24-də və 27-də Bakıda Makedoniyanın U-21 yığması ilə qarşılaşacaq.