Topaz Premyer Liqasının XXII turunda "Keşlə” ilə qarşılaşacaq "Kəpəz” bu gün keçirdiyi məşqlə oyunun hazırlığını tamamlayıb.
Sportnet.az-ın məlumatına görə, doğma divarlar arasında keçiriləcək görüş öncəsi son məşqdən öncə bu gün 29 yaşını qeyd edən Şəhriyar Rəhimovu komanda üzvləri adından təbrik edən baş məşqçi Yunis Hüseynov ona uğurlar arzulayıb. Kapitanın doğum gününə ən böyük hədiyyənin qələbə olacağı vurğulanıb.
Bakı klubuna qarşı oyunda "sarı-göylər”in iki oyunçusu iştirak etməyəcək. Dedimar Ferreyra zədəli olduğundan, Giuli Manjqaladze isə sarı vərəqə limitini doldurduğundan matçda forma geyinə bilməyəcək. Ötən tur "Zirə” ilə ev oyununda zədələnən Şəhriyar Əliyevin durumu yaxşıdır.