Bu gün "Bakı”nın vitse-prezidenti Yaşar Seyidov jurnalistlərlə görüşüb. Sportnet.az-ın məlumatına görə, görüş
""Atletiko”nun İspaniya çempionluq
kubokunu Bakıya gətirməsinə həsr edilib.
"Bakı”nın vitse-prezidenti "Atletiko” xoş və kərdərkli günümüzdə bizimlədi. Fevralın 26-da da bizimlə idilər, bu gün də bizimlədilər”, deyərək, həm Xocalı soyqırımı, həm də Respublika günündə tərəfadşılıq etdiyi klubla dostluq çalarlarına işarə vurub.
"Ötən il
Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra İspaniya Kubokuna, bu il isə
çempionluğa qovuşdular. "Atletiko”nun bir qrup üzvünün Bakıya səfəri Azərbaycan
- İspaniya dostlğununu daha da möhkəmnləndirir.”
Qeyd edəj ki, tədbirdə "Atletiko”nun prezidenti Enrike Serezo, idarə heyətinin sədri Migel Anxel Gil Marin, habelə futbolçuları – Qabi və Arda Turan iştirak ediblər.