1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan Kubokunda Ukrayna finalı - YENİLƏNDİ
"Qəbələ” klubu Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb.
Sportnet.az-ın məlumatına görə, yarımfinal mərhələsinin ilk matçında evdə "Neftçi”yə 1:2 hesabı ilə uduzan "qırmızı-qaralar” səfərdə dönüş etməyi bacarıblar.
"Bakcell Arena”da baş tutan qarşılaşmada hesabı "Neftçi” açıb. Oyunun 10-cu dəqiqəsində Soni Mustivar fərqlənib. Bunun müqabilində "Qəbələ"nin bombardiri Baqali Dabo 20-ci və 30-cu dəqiqələrdə komandasını hesabda önə çıxarıb. Görüşdə son qolu isə əyalət təmsilçisinin kapitanı Cavid Hüseynov vurub. O, 63-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Beləliklə, finalda ukraynalı baş məşqçilərin – "Qəbələ”nin sükanı arxasında olan Roman Qriqorçukla Yuri Maksimovun rəhbərlik etdiyi komandalar üz-üzə gələcəklər.
Final oyunu mayın 28-də keçiriləcək.
-----------------------------------
Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, bu, Bakının "Keşlə" klubudur.
Yuri Maksimovun baş məşqçi olduğu komanda yarımfinalda "Sumqayıt"ı mübarizədən kənarlaşdırıb. Ötən həftə keçirilmiş ilk görüşdə 1:0 hesablı qələbə qazanan "Keşlə" bugünkü səfər oyununda 1:1 hesablı heç-heçəyə nail olub.
"Kapital Bank Arena"dakı qarşılaşmada da hesabı 62-ci dəqiqədə qonaq komandanın futbolçusu Sezar Meza Kolli açıb. Bundan cəmi 2 dəqiqə sonra Cavid İmamverdiyev bərabərlik qolunu vurub. "Sumqayıt"ın mərhələ adlamaq üçün lazım olan daha 2 qola isə imkanı çatmayıb. Nəticədə "Keşlə" iki oyunun cəmində 2:1 hesablı üstünlüklə mərhələ adlayıb.
"Keşlə"nin finaldakı rəqibi isə "Qəbələ” olub. Yarımfinal mərhələsinin ilk matçında evdə "Neftçi”yə 1:2 hesabı ilə uduzan "qırmızı-qaralar”, səfərdə dönüş etməyi bacarıblar. "Bakcell Arena”da baş tutan qarşılaşmada hesabı "Neftçi” açıb. Oyunun 10-cu dəqiqəsində Soni Mustivar fərqlənib. Bunun müqabilində "Qəbələ"nin bombardiri Baqali Dabo 20 və 30-cu dəqiqələrdə komandasını hesabda önə çıxarıb. Görüşdə son qolu isə əyalət təmsilçisinin kapitanı Cavid Hüseynov vurub. O, 63-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Beləliklə, finalda ukraynalı baş məşqçilərin – "Qəbələ”nin sükanı arxasında olan Roman Qriqorçukla Yuri Maksimovun rəhbərlik etdiyi komandalar üz-üzə gələcəklər.
Qeyd edək ki, final oyunu mayın 28-də keçiriləcək.
Qeyd edək ki, "Sumqayıt" - "Keşlə" matçı insidentsiz də ötüşməyib. 70-ci dəqiqədə Bəxtiyar Həsənalızədinin Sezar Meza Kolliyə sürüşmə fəndinə sərt reaksiya verən qonaq komandanın baş məşqçisi Yuri Maksimov meydandan kənarlaşdırılıb. İlk görüşdə hakimlərə sərt etiraz etdiyi üçün "Sumqayıt"ın baş məşqçisi Samir Abasov da texniki zonadan qovulmuşdu. Bu səbəbdən, Abasov bugünkü görüşdə tribunada yer alıb. Final qarşılaşmasında isə Maksimov komandasına texniki zonadan tapşırıq verə bilməyəcək.
-----------------------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək.
Sportnet.az-ın məlumatına görə, həlledici görüşə vəsiqə qazanacaq kollektivlərin adına yarımfinal mərhələsinin cavab oyunlarından sonra aydınlıq gələcək. İlk matçlardakı nəticələrə əsasən, "Neftçi” və "Keşlə” üstünlük əldə ediblər. Lakin səfərdə "Qəbələ”ni 2:1 hesabı ilə məğlub edən "ağ-qaralar”la müqayisədə, evdə "Sumqayıt”a bir cavabsız qolla qalib gələn bakılıların işi daha çətin olacaq.
"Keşlə” üçün kuboku əldə etmək ikiqat əhəmiyyətlidir. Çünki digər "üçlük”dən fərqli olaraq, Premyer Liqa vasitəsi ilə avrokuboka vəsiqə qazanmaq şansını itirən paytaxt təmsilçisi bütün ümidini ikinci cəbhəyə bağlayıb. Ancaq digər komandalar "Qarabağ”ın mübarizəni dayandırdığı yarışda kuboku götürməyi hədəfləyiblər.
Yarımfinal matçlarını həm də azərbaycanlı və ukraynalı baş məşqçilərin dueli kimi xarakterizə etmək olar. "Neftçi”yə Tərlan Əhmədov, "Sumqayıt”a Samir Abasov rəhbərlik etdiyi halda, "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukdur. "Keşlə” isə "sükanı” Yuri Maksimova həvalə edib. Düzdür, ilk matçda texniki zonadan kənarlaşdırılan Abasov bir oyunluq cəza aldığı üçün Sumqayıtdakı görüşü kənardan izləyəcək. Lakin istənilən halda, komandanı oyuna özü hazırlayacaq və matçın gedişində köməkçilərinə təlimatlarını çatdıracaq.
Qeyd edək ki, final oyunu mayın 28-də keçiriləcək.
Azərbaycan kuboku
Yarımfinal, cavab oyunları
18 aprel
17:00. "Sumqayıt” – "Keşlə” - 1:1
Qollar: Cavid İmamverdiyev, 64 - Sezar Meza Kolli, 62
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Məlik Həsənov
Sumqayıt. "Kapital Bank Arena”
İlk oyun – 0:1
20:00. "Neftçi” – "Qəbələ” 1:3
Qol: Soni Mustivar, 10 - Baqali Dabo, 20, 30. Cavid Hüseynov, 63-p.
İstifadə olunmamış penalti: Famussa Kone, 85 ("Qəbələ")
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Ömər Paşayev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Əli Hüseynov
Bakı. "Bakcell Arena”
İlk oyun – 2:1.