1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Küləyin bizə köməyi dəydi" - MÜSAHİBƏ
Azərbaycan Kubokunun yarım final mərhələsinin cavab matçında "Sumqayıt”la səfərdə 1:1 hesablı heç-heçə etməklə həlledici görüşə vəsiqə qazanan "Keşlə”nin futbolçusu Sertan Taşkın jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir:
- İlk növbədə finala çıxmaq münasibətilə təbrik edirik. Buna nail olmaq nə dərəcədə çətin oldu?
- Təbrikə görə sağ olun. Meydanda çalışırdıq, sonadək mübarizə aparırdıq. Qol imkanlarımız oldu, onları reallaşdıra bilmədik. Çox istərdik ki, cavab matçında da qalib gələk. Yaxşı ki, çox qol buraxmadıq. Əlbəttə, yekun nəticəyə görə hamımız şadıq. Finala çıxmalı idik, çıxdıq da. Komandamızı bu münasibətlə təbrik edirəm.
- Hesab oyuna görə oldu, yoxsa 1:1 ədalətli deyildi?
- Məncə, hesab oyuna görə oldu.
- Komanda daha çox müdafiə olunurdu. Bu zaman psixoloji təzyiq vardı ki, indi qol buraxacağıq və işimiz daha çətin olacaq?
- Xeyr. Təbii ki, daha çox müdafiə olunmalı idik. Ancaq yalnız müdafiədə oturmurduq, hücumlar da edirdik, imkanlarımız da vardı. Bunun nəticəsində qol vurduq. Sadəcə, dərhal qol buraxdığımızdan bir qədər oyunumuz alınmadı. Yaxşı ki, sonadək mübarizə apardıq.
- İlk hissədən fərqli olaraq fasilədən sonra küləyə qarşı oynayırdınız. Ancaq buna baxmayaraq, fasiləyək az qol imkanlarımız oldu. Bunu nəylə izah edərdiniz?
- Əksinə, oldu. Küləyin bizə köməyi dəydi, maneçiliyi olmadı.
- Finalda kimi rəqib görmək istərdiniz?
- Hər ikisi finala layiqdi. Qoy, "Neftçi" - "Qəbələ" finalında güclü qalib gəlsin. Layiqli final olmasını arzulayıram.
- Oyunda yaranan insident, baş məşqçisiniz Yuri Makisomovun rəqibi vurması və nəticədə texniki zonadan qovulmaısyla nəticələn olayla bağlı deyə bilərsiniz?
- Mən bunu şərh edə bilmərəm.