Topaz Premyer Liqasının VIII turunda AZAL-ı qəbul edəcək olan "Araz-Naxçıvan" PFK bu oyunun hazırlıqlarına start verib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, dünəndən etibarən Naxçıvanda bir araya gələn komandanın heyətində zədəli futbolçular geri qayıdıb.
Belə ki, son turları azarkeş kimi izləyən Tərlan Xəlilov, Azər Məmmədov və Qərib İbrahimov bu gün komanda ilə məşqə çıxıblar. Yalnız zədəsi tam olaraq sağalmayan Hüseyn Axundovun isə müalicəsi davam edir. Günün ilk yarısında baş tutan məşqdə futbolçular daha çox yüngül məşqə üstünlük veriblər. Bu gündən etibarən Əsgər Abdullayevin yetirmələri gündə iki dəfə meydana çıxacaqlar.
Qeyd edək ki, "Araz-Naxçıvan" - AZAL matçı oktyabrın 18-də Naxçıvan Muxtar Respublika Stadionunda oynanılacaq.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |