1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ansi Aqolli: "Söz-söhbətlərə qulaq asmırıq"
"Zirə” çox çətin komandadır. Bu dəfə də istisna olmadı. Lakin biz çempion kimi mübarizə aparmalıyıq. Çempionata hörmətlə yanaşmalıyıq. Ona görə də sona qədər oynamalı və bütün görüşlərə qələbə əzmi ilə çıxmalıyıq".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Ansi Aqolli səfərdə "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XXV tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. 36 yaşlı müdafiəçi görüşdən əvvəl rəqibə xal verəcəklərinə dair gəzən söz-söhbətlərə belə reaksiya verib: "Biz peşkar futbolçularıq. Kənarda gəzən söz-söhbətlərə qulaq asmırıq. İşimiz futbol oynamaq, üzərimizə düşəni görməkdir. Bu gün meydana çıxaraq qələbə qazandıq və işimizi gördük".
Albaniyalı legioner "Qarabağ"da qalmaq arzusunda olduğunu bir daha bəyan edib: "Bu, mənim arzumdur. Lakin bu məsələ baş məşqçi Qurban Qurbanovun qərarından asılıdır".