1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yubilyarın 14 "İnşallah"ı
Azərbaycanlı futbolçuların əksəriyyətinin söz ehtiyatının azlığı üzündən müsahibələrinin "quru" alındığı artıq heç kimə sirr deyil. İllərdir davam edən bu problem get-gedə intensiv xarakter almaqdadır. Müsahibələr zamanı fikirlərini normal formada ifadə edə bilməyən oyunçular tez-tez və yeri gəldi-gəlmədi dini ifadələrə yer verirlər.
Aprelin 25-də 30 yaşı tamamlanan "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov isə verdiyi son müsahibədə rekord yeniləyib. O, 2 dəqiqə 50 saniyəlik açıqlamalarında nə az, nə çox - düz 14 dəfə "İnşallah" sözündən yararlanıb. Hətta elə alınıb ki, Hüseynov "İnşallah" sözünü bir cümlədə iki dəfə işlədib.
Kapitan eyni zamanda bir neçə dəfə "Allahın köməkliyi ilə" və "Vallah" ifadələri də səsləndirib.
Sportnet.az Vurğun Hüseynovun müsahibə zamanı işlətdiyi "İnşallah"ları təqdim edir:
1-2. İnşallah, gələcək oyunda baş məşqçi şans versə, oynaya bilərəm, İnşallah, Allahın köməkliyi ilə;
3. Vallah, İnşallah, komandada hamı start heyət oyunçusudur;
4. Şans veriləcəyi təqdirdə, inşallah, meydana çıxacağam.
5. İnşallah, komandama kömək etmək üçün əlimdən gələni edəcəyəm;
6. İnşallah, qarşıda finala bərabər 3 oyunumuz var;
7. İnşallah, düşünürəm ki, irəlidə yaxşı nəticələr olacaq;
8. İnşallah, çalışacağıq ki, mən də geri dönəndən sonra arxa xətdə daha yaxşı təsir bağışlayaq;
9. İnşallah, belə davam etsək, yaxşı nəticələr olacaq Allahın köməkliyi ilə;
10-11. İnşallah, bunun üzərində işləyib, inşallah, yaxşı nəticə çıxararıq;
12. İnşallah, bu dəqiqə açığı, elə bir durumdayıq ki, müqaviləni fikirləşməyin vaxtı deyil;
13. Əsas bizim nəticə verən vaxtımızdır, sonrası İnşallah, Allah bilən məsləhətdir;
14. İnşallah, tarix yazaq, sonra yeni müqavilə barədə fikirləşmək olar.