Peşəkar Futbol Liqasının (PFL) mayın 28-də keçiriləcək Azərbaycan Kubokunun finalı üçün dəvət etdiyi rumıniyalı müğənni Seeyanın təqribi qonorarı müəyyənləşib.
Sportnet.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, "Chocolata” mahınısı ilə məhşurlaşan müğənni ölkə xaricində çıxışı üçün minimum 3 min avro(6 min manat) tələb edir. Seeyanın Qəbələdə baş tutacaq görüşdə 1 saat səhnə alacağını nəzərə alsaq, məbləğin 3 min avrodan çox olmadığını təxmin etmək olar.
Qeyd edək ki, Azərbaycan Kubokunun finalında "Keşlə” və "Qəbələ” komandaları qarşılaşacaqlar.