1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AFFA İcraiyyə Komitəsinin iclası keçirildi - YENİLƏNDİ - FOTOLAR
AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunmuş qərarlar açıqlanıb. Sportnet.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, toplantıda Topaz Premyer Liqası klublarının əvəzedici komandaları arasında keçirilən çempionatın davam etdirilməsi, 2018/2019-cu il mövsümündən etibarən əvəzedici komandanın oyununun əsas komandanınkından 1 gün əvvəl keçirilməsi qərara alınıb.
Premyer Liqada gənc futbolçularla bağlı limit də tətbiq olunub. 1996-1997-ci il təvəllüdlü futbolçu start heyətinə, 1998-99-cu il təvəllüdlü futbolçu oyunun protokoluna daxil olunub.
Birinci Divizionla bağlı isə AFFA-nın baş katibliyi İcraiyyə Komitəsinə yeni konsepsiya təqdim etməlidir.
İclasda, həmçinin Azərbaycan milli komandası barədə baş məşqçi Qurban Qurbanovun qısa hesabatı dinlənilib, lisenziyalaşdırma prosesi ilə bağlı hesabat təqdim olunub.
--------------------------------------------
AFFA-nın İcraiyyə Komitəsinin (İK) iclası start götürüb.
Sportnet.az-ın məlumatına görə, toplantı milli assosiasiyanın inzibati binasında keçirilir.
İclasda İK üzvlərindən Zaur Axundov, Mahir Məmmədov və Elmar Məmmədyarov hələlik iştirak etmir. Toplantıda eyni zamanda AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və digər rəsmi şəxslər yer alıblar.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Azərbaycan Premyer Liqası klublarının əvəzedici komandaları arasında keçirilən çempionatla bağlı Klublar Komitəsinin 1 may tarixli iclasında klubların irəli sürdüyü təkliflərin müzakirəsi;
2. Azərbaycan Premyer Liqasında gənc futbolçularla bağlı limit;
3. Lisenziyalaşdırma prosesi ilə bağlı məlumat;
4. Digər məsələlər.