"Qəbələ"nin futbolçusu Stiven Jozef-Monroz Topaz Premyer Liqasının XXVII turunda "Sumqayıt"ı səfərdə 2:0 hesabıyla məğlub etdikləri qarşılaşmadan sonra brifinq keçirib. Fransalı hücumçu Sportnet.az-ın da suallarını cavablandıırb...
- Bugünkü matçda "Qəbələ”nin bəxtinin gətirdiyini etiraf edirsən?
- Belə düşünmürəm. "Sumqayıt”la oyun gərgin keçdi. Amma nəticə xeyrimizə oldu.
- "Qəbələ" gümüş medalı artıq rəsmiləşdirdi...
- "Qarabağ” çempionatı birinci yerdə başa vurub. Onlar çox yaxşı komandadır. Bizim də potensialımız çatırdı ki, birinci pilləni əldə edək. Sadəcə, III dövrədə bəzi oyunlarda məğlub olduq. Bu da bizi liderlikdən uzaqlaşdırdı. İkinci yer də pis nəticə deyil. Ümid edirəm ki, növbəti mövsüm "Qəbələ” qızıl medallara sahib çıxa bilər.
- Növbəti mövsümə ümid etdiyinizi dedin. Həmin vaxtı özünü "Qəbələ”də görürsənmi?
- Bu komanda ilə 2 illik müqaviləm var. Ona görə də növbəti mövsümdə də komandada olacağam. "Qəbələ” çox yaxşı komandadadır. Mən də burada xoşbəxtəm.
- Komandanı qarşıda Azərbaycan Kubokunun final qarşılaşması gözləyir. Onu da nəzərə alaq ki, "Qəbələ”nin titulu yoxdur. Kuboku qazana bilməsəniz, bunu faciə kimi qəbul edərsən?
- "Qəbələ”də bir ildir çıxış edirəm. Bilirəm ki, komanda kubok qazana bilməyib, titulu da olmayıb. Final qarşılaşması çox gərgin olacaq. Hər iki komanda yaxşı formadadır. Amma biri qalib olmalıdır. O da ki, oyunda məlum olacaq. Məğluq olsaq da, faciə deyil. Bu günə kimi də titul olmayıb. Hamımızda yaxşı motivasiya var. Bu oyunda qələbə qazanmalı və bu kuboku əldə etməliyik. Mən də bunu çox istəyirəm.