"Qarabağ” komandasını tərk edən ilk futbolçunun adı məlum olub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, cari mövsümün əvvəlində Yunanıstanın PAOK klubundan 1 illik icarəyə götürülmüş Pedro Enrike ilə yollar ayrılıb. İcarə müddəti başa çatan braziliyalı yarımmüdafiəçi ilə yeni müqavilə imzalanmayıb.
Ağdam klubu 28 yaşlı oyunçuya göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır.