İsrailin "Beytar" klubu öz adına ABŞ-ın hazırkı prezidenti Donald Trampın soyadını əlavə edib.
Sportnet.az-ın "Deadspid" nəşrinə istinadən məlumatına görə, bu addım ABŞ-ın Yerusəlimdəki yeni səfirliyinin açılış mərasimi ərəfəsində amerikalı liderin şərəfinə atılıb. Klubun tam adı "Beytar Tramp Yerusəlim" olacaq. "Beytar" rəhbərliyi Trampın sevgi və dəstəyi qarşılığında belə bir jest etdiyini açıqlayıb.
Qeyd edək ki, "Beytar" İsrailin 6 qat çempionu, 7 qat kubok, 2 qat Superkubok sahibidir.