1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Rauf Cabbarov məni əvvəllər də qovdurtmağa çalışıb"
"Baş hakim Rauf Cabbarovla aramızda bu cür probemin olması ilk dəfə deyil. Dəfələrə matç zamanı "səni qovacağam” deyib. Olur da, kiminsə kimdənsə xoşu gəlmir”.
Sportnet.az xəbər verir ki, bunu "Report"a "Səbail”in baş məşqçisi Samir Əliyev Azərbaycan Premyer Liqasının XVII turunda "Neftçi” ilə səfər matçının 43-cü dəqiqəsində hakimlər briqadasını təhqir etdiyi üçün texniki zonadan kənarlaşdırıldığı üçün İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırmasına münasibət bildirərkən deyib.
39 yaşlı mütəxəssis bildirib ki, məşqçilik karyerası ərzində ilk dəfədir bu cür cəza alır. Əliyev Cabbarovun onunla şəxsi ədavət apardığını iddia edib: "Hətta dördüncü hakim olan vaxtlarda da Cabbarov məni qovdurtmağa çalışıb. İlk dəfədir 5 oyunluq cəza alıram. Başqa heç bir hakimlə problemim olmayıb. Açığı, hakimlərlə mübahisə etdiyim epizodda ciddi bir şey baş verməmişdi. Sadəcə, ardıcıl 2 qol buraxmağımız mənə pis təsir etdi, əsəblərimi cilovlaya bilmədim. Hakimlər adi bir vəziyyətdə səhvə yol verincə, özümdən çıxdım”.
Baş məşqçi özü ilə yanaşı, Cabbarovun da cəzalandırılmasını istəyib: "Hakimin səviyyəsi budur. İstər bizim, istərsə də "Neftçi”nin əleyhinə səhv qərarlar verdi. Mənə maraqlıdır ki, biz məşqçilərə, futbolçulara cəzalar verilir, cərimələr kəsilir. Bu qədər səhvlərə görə hakimlərə cəza verirlərmi? Onları kim cəzalandıracaq? Belə baxanda, özümüz-özümüzə edirik. Etiraz edirik, cəzasını çəkirik”.
Qeyd edək ki, "Neftçi”nin 3:1 hesabı ilə qalib gəldiyi oyunu Rauf Cabbarovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.