1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz"də 6 itki, 6 yeni futbolçu
"Kəpəz" komandası Topaz Premyer Liqasının XXVIII turunda qarşılaşacağı "Neftçi” ilə oyunun hazırlığını başa vurub.
Sportnet.az-ın məlumatına görə, "sarı-göylər”in cari mövsümdə doğma meydandakı son məşq prosesi 1 saatdan çox çəkib. İsinmə təmrinlərinin yerinə yetirilməsi ilə başlayan hazırlıq toplu çalışmalarla davam edib. Məşq ikitərəfli oyunla başa çatıb.
"Neftçi" ilə oyuna "Kəpəz” itkilərlə çıxacaq. Müdafiəçilər Dedimar Ferreyra, İqor Korotetski, yarımmüdafiəçilər İlyas Səfərzadə, Ceyhun Cavadov və hücumçu Şadon Vinçester zədəli olduqlarından, matçı buraxacaqlar. Kamran Abdullazadə isə cəza səbəbindən kənarda qalacaq.
İtkilərin yerini doldurmaq üçün baş məşqçi Yunis Hüseynov əvəzedici heyətin 6 üzvünü əsas komandaya cəlb edib. Cavid Əskərov, Qaraxan Əliyev, Emin Zamanov, Şöhrət Quliyev, Əli Səmədov və Emin Zamanov bugünkü məşqə qatılıb.
Qeyd edək ki, mayın 20-də Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Neftçi" matçı saat 17:15-də başlanacaq.