
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 2017/2018-ci illər mövsümünə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, XXVIII turun oyunlarından sonra bütün medalçılar müəyyənləşib. Mövsümü qalib kimi "Səbail” klubu başa vurub. Gümüş medallara "Qəbələ”, bürünc medallara isə "Zirə” sahib çıxıb.
"Səbail" - "Keşlə" matçından sonra Azərbaycan I Divizionunun və əvəzedici heyətlərin yarışının bombardiri mükafatlandırılıb. I Divizionda 15 qolla ən sərrast oyunçu olan MOİK klubunun üzvü Bəhruz Teymurov, eləcə də əvəzedici heyətlərin yarışında 16 qolla bombardir olmuş "Sumqayıt”ın üzvü Ülvi İsgəndərov bu gün "Bayıl Arena”da xüsusi mükafatlarına qovuşublar. Bununla bağlı təşkil olunan tədbirdə adıçəkilən şəxslərə xüsusi mükafatı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib.
Əvəzedicilərin çempionatı, XXVIII tur
"Sumqayıt” - "Zirə” - 1:1
Qollar: Fərid Kərimzadə, 82 - Əziz İsmayılov, 85
"Kəpəz” - "Neftçi” - 0:2
Qollar: Elnur Süleymanov, 9. Murad Hüseynov, 74
"Qəbələ” – "Qarabağ” - 0:0
"Səbail” - "Keşlə” - 0:0