"Qarabağ"ın futbolçusu Bədavi Hüseynov uzun fasilədən sonra yaşıl meydana dönüb.
Sportnet.az-ın məlumatına görə, 27 yaşlı müdafiəçi "Qəbələ" ilə Topaz Premyer Liqasının XXVIII tur matçının 90+1-ci dəqiqəsində oyuna daxil olub. O, Elvin Yunuszadəni əvəzləyib.
Qeyd edək ki, Bədavi Hüseynov 2017-ci il oktyabrın 18-də Bakı Olimpiya Stadionunda "Qarabağ" və İspaniya "Atletiko"su arasında keçirilmiş Çempionlar Liqasının qrup mərhələsinin III tur matçında zədələnib. Onun bərpasına 7 ay vaxt lazım gəlib. Hüseynov Azərbaycan millisinin Qırğızıstan, Qazaxıstan və Latviya ilə yoldaşlıq görüşləri üçün Azərbaycan millisinə dəvət alıb.