"Çox maraqlı və mübarizə səviyyəsi yüksək olan oyun getdi. "Qarabağ”ı çempionluq münasibət ilə təbrik edirəm və ÇL-də uğurlar arzulayıram. Ümid edirəm ki, yenə bizi sevindirəcəklər”.
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ”nin futbolçusu İlqar Qurbanov evdə "Qarabağ"a 0:1 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XXVIII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.
Təcrübəli müdafiəçi Azərbaycan Kubokunu qazanmaq istədiklərini bildirib: "Əlbəttə, biz də istərdik ki, çempion olaq, amma alınmadı. Qarşıda vacib final görüşü var. Ən azından kuboku qazanmaq istəyirik. Daha sonra isə Avropa Liqasına hazırlaşacağıq”.
Təxminən 10 ildən sonra ilk dəfə milliyə dəvət alan 32 yaşlı futbolçu dəvətə görə təşəkkür edib: "Sevindirici haldır ki, bu formanı yenidən geymək mənə qismət olacaq. Dəvətə görə təşəkkür edirəm. İnanıram ki, yaxşı olar”.