Türkiyənin "Göztəpə" klubunun yeni baş məşqçisi bəlli olub.
Sportnet.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, İzmir təmsilçisi Bayram Bektaşa tapşırılıb.
44 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb. O, bu postda Tamer Tunanı əvəzləyib.
Qeyd edək ki, Bayram Bektaş daha öncə "Elazığspor" və "Qaziantep Böyükşehir Belediyespor"da baş məşqçi vəzifəsində işləyib.