
AZAL klubu Premyer Liqanın 8-ci turuna hazırlığı davam etdirir. Sportnet.az-ın məlumatına görə, Naxçıvanda "Araz"ın qonağı olacaq kollektiv hazırlıq məqsədilə Qəbələyə yollanıb.
Milli komandaların Avro-2016-nın seçmə oyunları ilə bağlı yaranmış fasilədən maksimum istifadə etməyə çalışan baş məşqçi Tərlan Əhmədov bu məqsədlə Qəbələdə eyniadlı kollektivlə yoldaşlıq oyunu keçirəcək. Qarşılaşma sabah 16:00-da start götürəcək.