
"Səbail" klubu daha 2 futbolçu ilə yollarını ayırıb.
Sportnet.az-ın klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Vüqar Nadirov və Ruslan Əmircanovun müqavilələri başa çatdığına görə komandanı tərk etməli olublar.
Qeyd edək ki, "Səbail" klubu daha öncə 8 futbolçu ilə yollarını ayırdığını açıqlayıb. 2 oyunçu isə müqavilə üzrə məxsus olduqları klublara qayıdıb. Beləliklə, komandanı yay fasiləsində tərk edən futbolçuların sayı 12-yə çatıb.