
"Keşlə"nin baş məşqçisi Yuri Maksimov komandada daha bir mövsüm qalacaq.
Bu barədə ukraynalı mütəxəssisin özü "CBC Sport"a açıqlamasında bildirib. O deyib ki, klub prezidenti kollektivin sükanı arxasında qalmasını istəyir. Maksimov bu istəyi yerinə yetirəcəyini açıqlayıb: "Axundov belə istəyirsə, məmnuniyyətlə qalaram".
Qeyd edək ki, Yuri Maksimov "Keşlə"yə yanvardan rəhbərlik edir.