"Səbail” klubunun baş məşqçisi Aftandil Hacıyevin köməkçilərindən biri müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisinin sabiq futbolçusu Emin Ağayev paytaxt klubunda çalışacaq.
Qeyd edək ki, 1994 – 2005-ci illərdə Azərbaycan millisinin formasını geyinən 45 yaşlı mütəxəssis hazırda Rusiyada yaşayır. O, məşqçi karyerası ərzində Rusiyanın "Dağdizel”, Tver "Volqa”sı və "Ximki” komandalarına rəhbərlik edib.