
İngiltərənin "Aston Villa" klubu futbolçu Con Terri ilə əməkdaşlığa son qoyub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 37 yaşlı müdafiəçi ilə yeni müqavilə bağlanılmayıb. Çempionşipdə çıxış edən klub İngiltərə millisinin sabiq oyunçusuna gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Con Terri 1998 - 2017-ci illərdə "Çelsi"də çıxış edib. Sonradan o, azad agent kimi "Aston Villa" ilə 1 illik müqavilə bağlayıb. Ötən mövsüm Çempionşipdə hamısı əsas heyətdə olmaqla, 35 oyuna çıxan Terri qol və məhsuldar ötürmələrlə də yadda qalıb. "Aston Villa" pley-off finalınadək irəliləsə də, "Fulhem"ə 0:1 hesabı ilə uduzaraq, Premyer Liqaya vəsiqə qazana bilməyib.