Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən "Qarabağ” klubu ikinci transferini rəsmiləşdirib.
Sportnet.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi gənc futbolçu Rahil Məmmədovu heyətinə qatıb. Mərkəz müdafiəçisiylə 3 illik müqavilə imzalanıb. Komanda bundan öncə Filip Ozobiçi transfer etdiklərini açıqlamışdı.
Qeyd edək ki, Rahil Məmmədov son olaraq "Səbail"də çıxış edib.