İtaliyanın "Roma" klubunun qapıçısı Boqdan Lobonç karyerasını başa vurduğunu açıqlayıb.
Sportnet.az klubun saytına istinadən xəbər verir ki, bu barədə 40 yaşlı qolkiper özü məlumat verib. Rumıniyalı qapıçı karyerası ərzində ona kömək edən edən hər kəsə təşəkkürünü bildirib.
Qeyd edək ki, Boqdan Lobonç 2009-cu ildən "Roma"da çıxış edir. O, həmçinin 85 dəfə Rumıniya milli komandasının formasını geyinib.