
Millilərin AÇ-2016-nın seçmə mərhələ oyunları ilə bağlı yaranan fasilədən istifadə etməyə çalışan "Qarabağ"da futbolçu qıtlığı yaranıb. Sportnet.az-ın məlumatına görə, "Qəbələ" ilə oyunun hazırlıqlarını davam etdirən baş məşqçi Qurban Qurbanov əlacsızlıqdan əvəzedici heyətə üz tutub.
3 günlük icazənın ardından yenidən bir araya toplaşan ağdamlıların heyətində milli komandaya dəvət alan futbolçulardan savayı, zədədlilərin də çox olması gənc mütəxəxssisi çaş-baş salıb. Buna görə Qurbanov Qəbələ təmsilçisi ilə görüşün hazırlıqlarına əvəzedici heyətdən bir neçə futbolçunu da cəlb edib.
Qeyd edək ki, Premyer liqanın VIII turunda baş tutacaq "Qarabağ" -"Qəbələ" oyunu oktyabrın 18-i keçiriləcək.