Türkiyə "Fənərbağça" klubunun yeni idman direktoru təyin olunub.
Sportnet.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi Damyen Komolli ilə 3 illik razılıq əldə edib. Yeni idman direktoru ilə iyunun 12-də "Şükrü Saracoğlu" stadionunda rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, fransalı Damyen Komolli Fransanın "Monako", İngiltərənin "Arsenal", "Liverpul" və "Tottenhem" klublarında müxtəlif vəzifələrdə işləyib. O, "Arsenal"da çalışarkən, Kola Ture, Tyerri Anri və Rober Pires, "Tottenhem"də isə Qaret Beyli kəşf edib. O, həmçinin Luka Modriç, Dimitar Berbatov, Roman Pavluçenko və Luis Suares kimi futbolçuların transferlərini reallaşdırıb.