İngiltərənin "Tottenhem" klubu futbolçusu Harri Keyn ilə müqavilənin müddətini uzadıb.
Sportnet.az-ın klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu 6 illik müqaviləyə qol çəkib.
O, yeni sözləşməyə əsasən, 2024-cü ilə qədər London təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, Harri Keyn başa çatan mövsümdə bütün turnirlər daxil olmaqla, 41 qola imza atıb.