İspaniyanın "Barselona" klubu "Sevilya"nın futbolçusu Kleman Lanqleni heyətinə cəlb edib. 
Sportnet.az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, 22 yaşlı müdafiəçi ilə 5 illik müqavilə bağlanılıb. Fransalı oyunçunun transferi Kataloniya təmsilçisinə 35 milyon avroya başa gəlib. 
Lanqle "Sevilya"da 1,5 mövsüm ərzində 67 oyuna çıxıb və 4 qol vurub. 









                 





    
    
    
    
    
    
    
    
    





















































