1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin Avroliqa planı açıqlandı
"Qəbələ” komandasının mövsümlərarası fasilədəki hazırlıq proqramı müəyyənləşib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 2017/2018 mövsümü başa çatdıqdan sonra istirahətə buraxılan "qırmızı-qaralar" iyunun 12-də hazırlıqlara start verəcək. Qəbələdə bir araya gələcək komanda üzvləri bir həftə ərzində məşqlərini doğma arenada gerçəkləşdirəcək. Milli komandaların düşərgəsindən qayıdan futbolçular xüsusi proqramla hazırlaşacaqlar.
"Qəbələ" iyunun 20-də Sloveniyaya yollanacaq. "Qırmızı-qaralar" iyulun 7-dək 4 yoxlama oyunu keçirəcəklər. Bu matçlardakı rəqiblər dəqiqləşməsə də, qarşılaşmalar iyunun 23-də, 28-də, iyulun 1-də və 5-də baş tutacaq.