1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
DÇ-2026 ilk dəfə 3 ölkədə!
2026-cı il futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkələr müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, Kanada - Meksika - ABŞ triosu mundialı birgə təşkil edəcək. Bu qərar FİFA-nın Rusiyanın paytaxtı Moskvada keçirilən 68-ci konqresində açıq elektron səsvermənin yekununda açıqlanıb. Yeganə rəqib olan Mərakeşə 65, trioya isə 134 səs verilib. 1 səs isə bitərəf olub.
DÇ-2026-da ilk dəfə 32 deyil, 48 ölkə mübarizə aparacaq. Onlar 16 qrupda çıxış edəcəklər. Hər qrupdan 2 komanda 1/16 finala yüksələcək.
Bundan başqa, dünya çempionatı ilk dəfə 3 ölkədə təşkil olunacaq. Əvvəllər yalnız bir dəfə 2 ölkə - Yaponiya və Cənubi Koreya DÇ-2002-yə ev sahibliyi edib.
Konqresdə AFFA prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak ediblər. DÇ-2026-da ilk dəfə 48 ölkə 16 qrupda mübarizə aparacaq.