İtaliya milli komandasının və "Milan" klubunun sabiq futbolçusu Filippo İnzaqi İtaliyanın "Bolonya" klubunun baş məşqçisi təyin olunub.
Sportnet.az klubun saytına istinadən xəbər verir ki, komanda 45 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalayıb. O, sabah mətbuat konfransında ictimaiyyətə təqdim olunacaq. F.İnzaqi bu postda Roberto Donadonini əvəzləyib.
Qeyd edək ki, "Bolonya" 2017-2018 illər mövsümündə İtaliya A Seriasını 16-cı pillədə başa vurub. İnzaqi son olaraq "Milan"ın baş məşqçisi vəzifəsində çalışıb.