1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ronaldu Salahın "Qızıl top" şansını dəyərləndirdi
İspaniyanın "Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldu İngiltərə "Liverpul”unun oyunçusu Məhəmməd Salahın "Qızıl top” mükafatını qazanma şansını dəyərləndirib.
Sportnet.az goal.com saytına istinadən xəbər verir ki, portuqaliyalı hücumçu misirli forvardın bu mükafat uğrunda mübarizə apara biləcək səviyyədə olduğunu söyləyib. O, deyib ki, Salah 2018-ci ilin əsas kəşflərindən biridir: "Ümid edirəm ki, Çempionlar Liqasının finalında aldığı zədə dünya çempionatı öncəsi onu təslim olmağa məcbur etməz. Çoxları "Qızıl top” uğrunda yalnız mənimlə Lionel Messinin mübarizə apara biləcəyini deyirlər. Lakin mükafata iddialı başqa futbolçular da var. Sözsüz ki, Salah bunlardan biridir”.
Qeyd edək ki, "France Football” nəşrinin təsis etdiyi "Qızıl top” mükafatı hər il Avropada ən yaxşı seçilən futbolçuya təqdim olunur. 2017-ci ildə "Qızıl top”u qazanan Kriştianu Ronaldu son 9 ildə 4-cü dəfə bu mükafata sahib çıxıb. İspaniyanın "Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi isə həmin müddətdə 5 dəfə "Qızıl top”a layiq görülüb.