1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Güvəndiyim insanlar mənə xəyanət etdilər"
"Bəli, zamanında səhvlərə yol vermişəm. Onlardan ən böyüyü heç də həmişə mənim tərəfimdə olmayan insanlara inanmağımdır”.
Sportnet.az xəbər verir ki, bunu Rusiyanın RT telekanalına müsahibəsində FIFA-nın sabiq prezidenti Yozef Blatter deyib. 82 yaşlı sabiq futbol funksioneri güvəndiyi insanların ona xəyanət etdiklərini söyləyib.
"FIFA-ya 1975-ci ildə gəlmişdim. Həmin vaxt qurum 11 əməkdaşı olan kiçik bir təşkilat idi. Orada fərqli vəzifələrdə çalışdım. FIFA ilə birgə böyüdüm və inkişaf etdim. 1998-ci ildə məni quruma rəhbər seçdilər. Bu vəzifəni alandan sonra məni əhatə edən insanlara güvəndim. Lakin yekunda mənə xəyanət edilər və bununla barışası oldum. Çünki İdarə Heyətini dəyişmək olmazdı”, - Blatter deyib.
Qeyd edək ki, Yozef Blatter 1998 - 2015-ci illərdə FİFA prezidenti olub. O, 3 il öncə qurumun Etika Komitəsinin qərarı ilə tutduğu vəzifədən kənarlaşdırılıb. Hazırda FİFA-ya UEFA-nın sabiq baş katibi Canni İnfantino başçılıq edir.