Milli komandamızın AÇ-2016-nın seçmə oyunu ilə əlaqəli Premyer Liqada yaranan fasilədən istifadə edən "Bakı" hazırlıqlara oktyabrın 7-dən start verib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumatına görə, bu fasilə İbrahim Uzuncanın ürəyincə olub.
Komandasının hazırlığı ilə bağlı açıqlama verən türkiyəli baş məşqçi təlim-məşq prossesinin gedişinən razıdır: "Premyer Liqadakı fasilə hamıdan çox bizim xeyrimizə oldu. Çünki komandamız çempionata təlim-məşq toplanışı keçirmədən qatılmışdı. Ona görə də bu vaxtdan maksimum səmərəli istifadə etməyə çalışırıq. Təlim-məşq toplanışının ilk mərhələsini köməkçilərimlə birgə əsasən sürətli və texniki çalışmalar, həmçinin fərdi çatışmazlıqların aradan qaldırılması üçün təmrinlər üzərində qurmuşuq. İkinci mərhələdə məşqlərdə intensivliyi səngidib əsasən taktiki çalışmalar üzərində işləyəcəyik”.
Qeyd edək ki, "Bakı" Premyer Liqanın növbəti turunda səfərdə "Xəzər Lənkəran"ın qonağı olacaq.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |